"Yuventus" kolumbiyalı ilə müqavilə imzalayacaq

13:59 - 10 Fevral 2022

“Yuventus” Xuan Kuadradoya yeni müqavilə təklif edəcək.
 

Sportal.az xəbər verir ki, “qoca sinyora” rəhbərliyi kolumbiyalı ilə 2 illik müqavilə imzalamaq niyyətindədi.

Mövsüm sonunda müqaviləsi başa çatacaq Kuadrado özü də Turində qalmaq istəyir. Tərəflər yeni müqavilənin imzalanmasında problem yaşamayacaq.

33 yaşlı futbolçu ilk dəfə 2015-ci ildə “Çelsi”dən “Yuventus”a icarəyə verilmişdi.

​Turin klubu 2017-ci ildə onun transfer hüququna yiyələnmişdi.

Xəbər xətti