Afrikanın ən güclüsü olmaq üçün bu komandadan ayrılmaq istəyir

15:53 - 10 Fevral 2022

Seneqal millisinin üzvü Sadio Mane “Liverpul”dan ayrıla bilər.

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi “Real” və “Barselona” klublarından təklif alacağı təqdirdə bu qərarı verəcək. 

Onun Mersisayd klubunu tərk etmək səbəbi isə Afrikanın ən güclü futbolçusu adına sahib çıxmaq istəməsilə bağlıdı. 


“Liverpul”la Çempionlar Liqasını qazanan Mane bunu digər klubla da həyata keçirərək Didye Droqba, Corc Vea, Samuel Etoya şərik çıxmaq istəyir. 

Xəbər xətti