Rövnəq Abdullayevi o əvəz etdi

16:53 - 10 Fevral 2022

Rövşən Çingiz oğlu Nəcəf iqtisadiyyat nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Sportal.az xəbər verir ki, o, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti təyin edilib.

Bundan başqa Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Rövşən Nəcəfə həvalə edilib.

Bu gün Prezident İlham Əliyevin digər sərəncamı ilə AFFA-nın prezidenti Rövnəq Abdullayev SOCAR-dakı vəzifəsindən azad olunub. O, iqtisadiyyat nazirinin müavini təyin olunub.

Xəbər xətti