FİFA 24 yaşlı futbolçunun bu millidə oynamasına icazə verdi

10:36 - 11 Fevral 2022

“Lester”in yarımmüdafiəçisi Ademola Lukman Nigeriya millisində çıxış edəcək.

Sportal.az xəbər verir ki, FİFA İngiltərənin aşağı yaş qruplarından ibarət yığmalarında oynamış futbolçuya icazə verib.

O, 2017-ci ildə İngiltərə yığmasının heyətində U-20 yığmaları arasında keçirilən dünya çempionatının qalibi olub.

Ademola İngiltərənin əsas millisində oynamayıb. İngiltərədə doğulmuş Lukman “Çarlton”, “Everton”, “Leypziq”, “Fulhem”də çıxış edib.

Xəbər xətti