"Liverpul" turu qələbə ilə başa vurdu - VİDEO

11:08 - 11 Fevral 2022

İngiltərə Premyer Liqasının 24-cü turunun son oyunu keçirilib.

Sportal.az xəbər verir ki, “Liverpul” “Lester”i qəbul edib. Mersisayd təmsilçisi rəqibinə 2 qolla qalib gələrək aktivindəki xalların sayını 51-ə çatdırıb. Hazırda Yurgen Kloppun komandası turnir cədvəlinin 2-ci pilləsindədi.

“Lester” isə aktivindəki 26 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

"Liverpul" - "Lester" 2:0
Qollar
: Dioqo Jota 34, 87

Xəbər xətti