"Son hesabat-seçki Konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib"

12:29 - 11 Fevral 2022

Rövnəq Abdullayevin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti vəzifəsindən azad olunmasından sonra onun AFFA-nın rəhbəri vəzifəsindən gedəcəyinə dair fikirlər artıb.

Sportal.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla qol.az saytına açıqlamasında Rövnəq Abdullayevin hazırda AFFA-nın prezidenti kimi fəaliyyətini davam etdirdiyini bildirib: "Onu bu vəzifəyə Konfrans seçir. 2020-ci ildə keçirilmiş son hesabat-seçki Konfransında Rövnəq Abdullayev daha 4 il müddətinə milli assosiasiya prezidenti seçilib" – deyə, AFFA rəsmisi bildirib.

F.Abdulla hazırda AFFA-da növbədənkənar Konfransın keçirilməsinin gündəmdə olmadığını da bildirib.

Qeyd edək ki, Rövnəq Abdullayev 2008-ci ildən AFFA-nın prezidentidir.

Xəbər xətti