"Atletiko" Simeone ilə 3 illik müqavilə imzaladı

14:10 - 11 Fevral 2022

“Atletiko” Guliano Simeone ilə yeni müqavilə imzalayıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisi Dieqo Simeonun oğlunu buraxmaq istəməyib.

Məhz buna görə də 19 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. “River Pleyt” yetirməsi olan Guliano hazırda “Atletiko”nun B komandasında çıxış edir.

​O, müqavilə müddətini uzatmaqla bağlı bunları deyib: “Klubla yeni müqavilə imzaladığıma görə şadam. Klub rəhbərliyinin etimadını doğrultmağa çalışacam. “Atletiko” mənim üçün əsl ailə olub”.

Xəbər xətti