İtaliya klubu ispanı buraxmaq istəmir

14:57 - 11 Fevral 2022

"Napoli" Fabian Ruislə danışıqları dayandırıb.

Sportal.az xəbər verir ki, Neapol təmsilçisinin rəhbərliyi ispaniyalı ilə müqavilə müddətini uzatmaq üçün danışıqlara başlasa da, razılıq əldə edilməyib.

İtaliya klubu ilə müqaviləsi 2023-cü ildə başa çatacaq futbolçu daha yüksək maaş istəyib.

Ruislə maraqlanan nəhəng klublar çox olduğuna görə "Napoli" onunla müqavilə müddətini uzadaraq mümkün transferindən yaxşı pul qazanmaq istəyir.

Xəbər xətti