Azərbaycan milli komandasının futbolçusu Namik Ələsgərovun çıxış etdiyi "Bursaspor" Türkiyə 1-ci Liqasında 24-cü tur oyununa çıxıb.
Sportal.az xəbər verir ki, Namikin komandası "Samsunspor"la görüşdə 1:1 oynayıb. Oyuna start heyətində çıxan futbolçu səfər görüşünün 82-ci dəqiqəsində əvəzlənib.
Hazırda aktivində 24 xalı olan "Bursaspor" 15-ci pillədə qərarlaşıb.
