Futbol üzrə Yunanıstan milli komandasının yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, yığmanın sükanı arxasına Qustavo Poyet gətirilib. 43 yaşlı uruqvalı mütəxəssislə 2023-cü ilin sonunadək müqavilə imzalanıb. Bu barədə Yunanıstan Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qustavo Poyetin son iş yeri Çilinin "Universidad Katolika" klubu olub.
saytlarin hazirlanmasi
