Stadiona məşhur futbolçunun adı veriləcək

13:49 - 12 Fevral 2022

Seneqalda bir futbol stadionuna milli komandanın üzvü və "Liverpul"un futbolçusu Sadio Manenin adı veriləcək.

 

Sportal.az xəbər verir ki, bunu Seneqalın Sediu şəhərinin meri Abdulay Diop açıqlayıb. O bildirib ki, Manenin doğma şəhərində inşa olunan yeni arena futbolçunun adını daşıyacaq. Bu stadionun açılışı 2023-cü ildə olacaq.

 

Qeyd edək ki, Seneqal millisi ötən həftə tarixində ilk dəfə Afrika çempionu olub.

Xəbər xətti