Emrelinin komandasından növbəti qələbə - VİDEO

10:08 - 13 Fevral 2022

Millimizin forvardı Mahir Emrelinin komandası "Dinamo" Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Sportal.az xəbər verir ki, Zaqreb təmsilçisi 22-ci turda “Qoritsa”nı qəbul edib və 2:1 hesablı qələbə qazanıb. Mahirin adı iştirak ərizəsinə daxil edilməyib.

"Dinamo" - "Qoritsa" - 2:1
Qollar
: Ademi, 55 Orsiç, 89 - Kalik, 64

22 matçda 49 xal toplayan “Dinamo” çempionatın vahid lideridir.

Xəbər xətti