Luis Suarez bunu sonuncu dəfə 2016-cı ildə etmişdi

11:12 - 13 Fevral 2022

"Atletiko"nun hücumçusu Luis Suarez Primeronun 24-cü turunun "Xetafe" (4:3) ilə matçında penaltini dəqiq yerinə yetirə bilməyib.

Sportal.az xəbər verir ki, uruqvaylı forvard bununla da ardıcıl 22 dəqiq penalti rekordunu sonlandırmalı olub. 

Sonuncu dəfə təcrübəli forvard 2016-cı ildə penaltini dəqiq yerinə yetirə bilməmişdi.

Belə ki, o, 2016-cı il noyabrın 16-da Çiliyə (1:3) qarşı görüşdə penaltini boşa vermişdi.

Xəbər xətti