"Yuventus" "Milan"ın müdafiəçisini istəyir

12:49 - 13 Fevral 2022

"Milan"ın müdafiəçisi Alessio Romanyoli karyerasını başqa klubda davam etdirə bilər.


Sportal.az xəbər verir ki, italiyalı futbolçuya "Yuventus" və "Latsio" təklif göndərib.

27 yaşlı futbolçunun agenti hər 2 klubun təklifləri üçün rəhbərliklə görüşərək məsələni müzakirə  edib.

Amma onu istəyən hər 2 komanda futbolçunu azad agent kimi heyətinə qatmaq niyyətindədi. Futbolçunun agenti Mino Rayola ona Turin klubuna keçməsini məsləhət görüb.

Xəbər xətti