"Qəbələ"nin legioneri: "Hələ ki, heç nə həll olunmayıb"

13:22 - 13 Fevral 2022

"Komandamız "Sumqayıt" matçına çox yaxşı hazırlaşıb. "Sabah"la oyundan sonra da komandada heç bir inamsızlıq yoxdu. Hamımız yaxşı anlayırıq ki, məğlubiyyət oyunun bir parçasıdı. "Sumqayıt" oyununa hazırlaşmışıq. Rəqibimiz çox yaxşı komandadı".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qəbələ"nin legioneri Stefan Vukçeviç deyib.

Bölgə klubunun monteneqrolu futbolçusu Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Sumqayıt"a qarşı cavab oyunu öncəsi danışıb. O, komandasının "kimyaçılar"la oyunda uğurlu çıxışına inandığını dilə gətirib: "Sumqayıt"da çox yaxşı futbolçular oynayır. Bizi çox çətin matç gözləyir. Doğrudu, ilk oyunda qalib gəlmişik. Amma hələ ki, heç nə həll olunmayıb. Əlimizdən gələni edəcəyik. İnanıram ki, kubokda yarımfinala adlayacağıq".

Xəbər xətti