"Barselona" "Betis"in futbolçusuna 60 milyon təklif edəcək

13:59 - 13 Fevral 2022

"Barselona" yayda heyətini "Betis"in futbolçusu Nabil Fekirlə gücləndirmək istəyir.


Sportal.az xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı futbolçu üçün "Betis"ə 60 milyon avro təklif edəcək.


Fransa millisinin transferində klubun prezidenti Xuan Laporta maraqlıdı.

Əndəlusiya klubu Fekir üçün 80 milyon avro tələb edir.

“Lion” yetirməsi olan futbolçu 2019-cu ildən “Betis”də çıxış edir.

Xəbər xətti