"Neftçi"nin 75-ci oyunu, 100-cü qolu

16:37 - 13 Fevral 2022

“Neftçi” Azərbaycan kubokunda 75-ci səfər matçına çıxıb.

Sportal.az xəbər verir ki, 1/4 final mərhələsinin “Sabah”la cavab görüşündə 3:1 hesablı qələbə qazanan “ağ-qaralar” 39-cu dəfə rəqib meydanında qalib gəlib. Paytaxt təmsilçisi 18 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.

“Neftçi”nin bu görüşdəki son qolunu vuran Ramon Maçado da tarixə düşüb. O, komandasının 100-cü səfər qolunun müəllifi olub.

“Neftçi” yubileyi rəsmiləşdirdiyi hər iki göstəricidə Azərbaycan rekordçusudur.

Xəbər xətti