"Visla" millimizin üzvünə ehtiyac duymadı

17:59 - 13 Fevral 2022

Polşa Ekstraklassasında 21-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, milli komandamızın müdafiəçisi Anton Krivotsyukun çıxış etdiyi “Visla” "Piast"ı qəbul edib. Plotsk klubu rəqibinə 0:2 hesabı ilə uduzub.

Krivotsyuk bu oyunun iştirakçısı olmayıb. 

21 turdan sonra "Visla" turnir cədvəlinin 9-cu pilləsindədi. 

Xəbər xətti