“Nyukasl”ın futbolçusu Kevin Tripyer ciddi zədə alıb.
Sportal.az xəbər verir ki, ingilis müdafiəçinin İngiltərə Premyer Liqasının 25-ci turu çərçivəsində “Aston Villa”ya qarşı keçirilən matçda ayağı sınıb.
O, bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. 31 yaşlı futbolçu əməliyyat olunacaq.
Futbolçu qışda "Atletiko"dan "Nyukasl"a keçmişdi.
