"Atalanta"nın direktoru Pyerpaolo Marino Dieqo Kosta və Qraziano Pelleni transfer edəcəklərilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Sportal.az xəbər verir ki, Berqamo klubunun rəsmisi təcrübəli forvardlarla maraqlanmadıqlarını söyləyib.
Hazırda azad agent olan Pelle və Kosta da özünə komanda axtarır.
İtaliya klubu Duvan Zapatanın zədələnməsindən sonra ona əvəzləyici axtarır.
