Karyerasını Türkiyənin “Keçiörengücü” klubunda davam etdirən Vüsal İsgəndərli “Boluspor”la görüşün 42-ci dəqiqəsində zədələnərək meydanı vaxtından əvvəl tərk etmişdi.
Sportal.az xəbər verir ki, futbolçu oyundan əvvəl məşqdə də arxa əzələsində ağrılar hiss edib. Boluda keçirilən qarşılaşmanın ilk yarısının son dəqiqələrində isə futbolçu ağrıların artdığını hiss edərək oyunu yarımçıq başa vurmalı olub. Zədəsi ilə bağlı saytımıza qısa açıqlama verən futbolçu kollektivlə məşqlərə qoşulduğunu bildirib:
“Dünən yüngül qaçışlar etdim. Bu gün isə komanda ilə məşqlərə başlamışam. MRT müayinəsindən keçdim. Əslində, ciddi problem görünmür. Sadəcə arxa əzələmdə sərtləşmə var. Əzələdə yüklənmə olduğuna görə ağrılar var idi”.
