Fərid Qayıbov Azərbaycanı təmsil edən idmançılarla görüşdü - FOTOLAR

18:42 - 14 Fevral 2022

Gənclər və İdman Naziri Fərid Qayıbov Pekin-2022 Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar - Vladimir Litvintsev və Yekaterina Ryabova ilə görüşüb.

Sportal.az Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Pekin-2022-də ölkəmizin missiya rəhbəri Anar Bağırov, nümayəndə heyətinin üzvü Ceyhun Rəhmanovun da iştirak etdiyi görüşdə Fərid Qayıbov sabah çıxış edəcək idmançımıza uğurlar arzulayıb.

Vladimir Litvintsev Pekin-2022-də 18-ci yeri tutub. Olimpiadaya fevralın 20-də yekun vurulacaq.

Xəbər xətti