Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 6-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, "Murov”un təlim-məşq bazasında baş tutan ilk qarşılaşmada MOİK "Sərhədçi"ni 3:0 (25:18, 25:17, 26:24) hesabı ilə üstələyib.
Günün ikinci görüşündə "Murov" "Ekspress"i eyni hesabla yenib - 3:0 (25:15, 25:10, 25:17).
