Nazim Babayev Fransada keçirilən beynəlxalq "Meeting De L'Eure" turnirində üçüncü yeri tutub.
Sportal.az xəbər verir ki, azərbaycanlı atlet üç təkanla tullanma yarışında 16,27 metr nəticə göstərib.
Entso Hodebar qızıl medal qazanıb. Fransalı 16,68 metr göstərici ilə bu göstəriciyə sahib çıxıb. Gümüş medalı isə 16,52 metr uzununa tullanan finlandiyalı Simo Lipsanen əldə edib.
