İngiltərə milli komandasının sabiq forvardı Alan Şirer “Mançester Yunayted” haqda danışıb.
Sportal.az xəbər verir ki, veteran futbolçu “qırmızı şeytanlar”ın çıxışı haqda bunları deyib:
“Mançester Yunayted”in oyununa baxıram və xaos görürəm. Komandanın oyun stili, strategiyası yoxdu. Tez-tez baş məşqçi dəyişirlər. Oyunçular da bəhanələrlə oynayır. “Mançester Yunayted” futbolçular meydanda kim olduğunu və nəyə görə meydana çıxdığını bilmirlər”.
