Namiqin komandası 9 nəfərlə oynayan rəqibinə uduzdu

23:33 - 15 Fevral 2022

Türkiyə 1-ci liqasında 25-ci turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Namiq Ələsgərovun formasını geyindiyi "Bursaspor" "Tuzlaspor"ı qəbul edib. 

Meydana start heyətində çıxan Ələsgərov 80-cı dəqiqədə əvəzlənib.

67-ci dəqiqədən meydanda 9 nəfərlə qalan “Tuzlaspor” matçın sona çatmasına 3 dəqiqə qalmış Fransis Ezenin vurduğu qolla qalib gəlib.

"Bursaspor" 24 xalla 16-cı pillədə qərarlaşıb.

Xəbər xətti