Çempionlar Liqası: "İnter" "Liverpul"a qarşı, "Bavariya"nın Avstriya səfəri

10:30 - 16 Fevral 2022

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsində daha iki oyun keçiriləcək.

Sportal.az xəbər verir ki, hər iki qarşılaşmaya Bakı vaxtı ilə saat 00:00-da start veriləcək.

"İnter" "Liverpul"u qəbul edəcək.

Gecənin digər oyununda isə Almaniya nəhəngi "Bavariya" "Zalsburq"la səfərdə qarşılaşacaq.

1/8 final mərhələsinin ilk iki oyununda PSJ Fransada İspaniya “Real”ını 1:0, İngiltərə "Mançester Siti"si isə Portuqaliyada "Sportinq"i 5:0 hesabı ilə yenib. Bu raundun digər görüşləri fevralın 22-də və 23-də baş tutacaq.

UEFA Çempionlar Liqası

00:00. "İnter" (İtaliya) - "Liverpul" (İngiltərə)

Baş hakim: Şimon Marçinyak (Polşa)

00:00. "Zalsburq" (Avstriya) - "Bayern" (Almaniya)
Baş hakim: Maykl Oliver (İngiltərə).

Xəbər xətti