"Arsenal"ın(Tula) futbolçusu Ayaz Quliyev Rusiya mətbuatına danışıb. Sportal.az xəbər verir ki, o, Azərbaycan millisində oynamaq variantından söz açıb.
- Azərbaycan millisinə cəlb olunmağınızla bağlı çox söz-söhbət olub. İndiki vəziyyət necədi?
- Heç kim mənimlə əlaqə saxlamayıb.
- Hələ də?
- Əvvəl əlaqə saxlamışdılar, amma sonradan dayandılar. Sonra yenidən əlaqə saxladılar. Sadəcə konkretlik yox idi.
- Yəqin ki, başa düşürsən, Azərbaycan vətəndaşlığına yiyələnsən, millinin əsas oyunçusu ola bilərsən?
- Konkretlik olacağı təqdirdə, bu haqda düşünəcəm.
- Azərbaycan millisində oynamaqla bağlı əsas mövqeyin necədi?
- Öz milliyətimdən imtina etmirəm. Amma indi deyə də bilmərəm ki, “bəli razıyam, Azərbaycan millisində oynayacam”. Hər şeyi müzakirə etmək lazımdı. Rusiyada böyümüşəm, bütün ömrümü burada keçirmişəm, burada çoxlu dostlarım var. Ancaq orada daha çox milli məsələdir ki, mən bundan imtina etmirəm.
- Miodraq Bojoviçin rəhbərliyi altında hansı dəyişikliklər oldu?
- Çox oynamamışam. Ona görə nəsə demək çətindi. Karyeramdakı uzun fasiləsən sonra komandaya qoşulmuşam.
- Həmin fasilədə nə baş vermişdiki?
- Artıq hər kəs "Spartak"da nə baş verdiyini bilir, qismən həqiqəti yazdılar, qismən yox. Amma hamısı keçmişdə qaldı. İndi hər şey yaxşıdı.
- Yazmışdılar ki, bu, ağır ağciyər xəstəliyidi.
- Yox, gördüyünüz kimi, hər şey qaydasındadır. Sadəcə çox narahat və əsəbi idim, bunun fonunda nəsə baş verdi.
- Psixosomatika?
- Xeyr, bir növ öskürək idi, nə olduğu aydın deyil. Ümumiyyətlə, bu, uzun hekayədi. Həkimlər uzun müddət axtardılar, amma mənimlə bağlı heç nə etmədilər.
- Diaqnoz qoyulmayıb?
- Əslində, yox. Bəzi fərziyyələr var idi, amma fövqəltəbii və ağır bir şey yoxdu. Sadəcə məşq edə bilmirdim, hətta gündəlik həyatda da özümü pis hiss edirdim. Yatmaq üçün uzana bilmirdim, öskürək imkan vermirdi. Amma sonradan düzəldi. (Matç TV)
saytlarin hazirlanmasi