Neymar "Real"a qarşı start heyətində oynamaqdan imtina edib?

13:48 - 16 Fevral 2022

Fransa mətbuatının iddiasına görə, Maurisio Poçettino Neymarı Çempionlar Liqasının 1/8 final mərhələsinin "Real"a qarşı keçirilən oyununda start heyətində meydana buraxmaq istəyib.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssisin istəyi həyata keçməyib.

Çünki zədədən yeni qayıdan Neymar oyuna ehtiyatdan başlamağın məqsədəuyğun olduğunu bildirib. Cavab qarşılaşmasında isə Neymarın start heyətində meydanda olacağı ehtimal edilir.

Xəbər xətti