Futzal üzrə Azərbaycan millisinin daha bir üzvü klubunu dəyişib.
Sportal.az xəbər verir ki, "Araz”dan (Naxçıvan) ayrılan Amir Şojayi Qazaxıstanın “Bayterek” klubuna keçib.
Onun viza işləri həllini tapıb və futzalçı fevralın 17-də yeni komandasına qoşulacaq.
