AFFA rəsmisi Türkiyə - Serbiya matçına təyinat aldı

16:06 - 16 Fevral 2022

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət Türkiyə və Serbiya yığmaları arasında keçiriləcək dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.

 

Qeyd edək ki, qarşılaşma fevralın 23-də İzmirdəki “Gürsel Aksel” stadionunda gerçəkləşəcək.

Xəbər xətti