Jelko Kopiç: "Mahir tam hazır vəziyyətdə deyil"

09:49 - 17 Fevral 2022

"Mahir Emrelinin sabah debüt etmək şansı var. Onu komandanı gücləndirmək üçün gətirmişik".

Sportal.az xəbər verir ki, bu sözləri "Dinamo"nun baş məşqçisi Jelko Kopiç Avropa Liqasının pley-off məhləsinin "Sevilya" ilə ilk oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

Zaqreb klubunun çalışdırıcısı millimizin forvardının vəziyyəti haqda bunları deyib: "Mahir tam hazır vəziyyətdə deyil. Bütün bunlarda diqqətli olmalıyıq. O da hamı kimi heyətdədi və oynamaq ehtimalı var".

"Sevilya" - "Dinamo" matçı bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Xəbər xətti