Jerar Pike: "Napoli"yə 5:1 hesabı ilə də qalib gələ bilərdik"

18:12 - 18 Fevral 2022

"Barselona"nın müdafiəçisi Jerar Pike Avropa Liqasının pley-off mərhələsinin "Napoli"yə qarşı keçirilən oyununu dəyərləndirib.

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu Kataloniyada keçiriləmn və 1:1 hesabı ilə sona çatan oyun haqda bunları deyib:

"Bu oyunu 3:1, 4:1 və hətta 5:1 hesabı ilə qalib gələ bilərdik. Təəssüfləndirici yeganə məqam yekun nəticədi. Nümayiş etdirdiyimiz oyun Avropa Liqasını qazanmaq üçün kifayət edir. Napolidəki oyunöncəsi daha yaxşı nəticə qazanmaq istəyərdik".

Xəbər xətti