"Everton"un sabiq forvardı Magaye Geye “Qarabağ”dakı çıxışını xatırlayıb.
Sportal.az xəbər verir ki, "Everton" klubunun rəsmi saytına danışan seneqallı hücumçu Ağdam klubundakı oyunları barədə bunları deyib:
"Qarabağ"a keçməmişdən qabaq bu klub haqda araşdırma apardım və gördüm ki, onlar Çempionlar Liqasında oynayıb. Klub çox peşəkardı, yüksək büdcəsi və geniş imkanları var. Amma baş məşqçi ilə münasibətim yaxşı deyildi. Əslində, o, çox yaxşı insandı. Sadəcə komandanı idarəetmə tərzini bəyənmirdim. Amma etiraf edim ki, “Qarabağ”dan ayrılmağım səhv addım idi”.
Xatırladaq ki, Geye 2019/2020 mövsümündə “Qarabağ”da oynammışdı. “Dinamo”(Buxarest) klubunda oynadığı dövrdə isə kokaindən istifadə etdiyi üçün futboldan 3 aylıq uzaqlaşdırılıb.
