Avropa Liqasında həftənin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Porto"nun forvardı Toni Martines hamını qabaqlayıb.
Avropa Liqasının pley-off mərhələsinin "Latsio"(2:1) ilə ilk oyununda dubl edən Martines komandasına qələbə qazandırmışdı.
24 yaşlı hücumçu “Valensiya” yetirməsidi və “Valyadolid”, “Rayo Mahadaonda”, “Luqo”, “Famalikao” klublarında oynadıqdan sonra 2020-ci ildən “Porto”da çıxış edir.
