"Qəbələ"nin braziliyalı futbolçusu Rafael Alemao ölkəsinin mətbuatına açıqlama verib.
Sportal.az xəbər verir ki, o, ölkə kubokunun yarımfinal mərhələsində qarşılaşacaqları "Qarabağ"la matç barədə danışıb:
"Yarımfinalda çox güclü rəqibi keçdik. "Sumqayıt"la matçlarda 1:0 və 1:1 hesablı nəticələr qeydə alınmışdı. Evdə daha çətin olacağını bilirdik. Belə də oldu. Ancaq biz işimizin öhdəsindən gəldik və bizi yarımfinalda "Qarabağ"la matçlar gözləyir.
Bu, artıq başqa səviyyədi. Şübhəsiz ki, Azərbaycanın ən yaxşı komandasına qarşı oynayacağıq. Baş məşqçinin hazırlayacağı strategiyaya uyğun özümüzü hazırlayacağıq". (Lance)
