Böyük Dəbilqə: Hidayət Heydərov qızıl qazandı

20:22 - 18 Fevral 2022

Hidayət Heydərov İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Böyük Dəbilqədə qızıl medal qazanıb.

Sportal.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Heydərov həlledici görüşdə Obidxon Nomonova (Özbəkistan) qalib gəlib. O, rəqibini qızıl xal bölümündə ipponla məğlubiyyətə uğradıb.

Bununla da o, Böyük Dəbilqənin qalibi olub.

​O, buna qədər isə Oron Giner(İsrail), İqor Vandke(Almaniya), Tohar Bitbula(İsrail) qalib gəlib.

 

Xəbər xətti