"Keşlə"nin 4 futbolçusu "Neftçi"yə qarşı oynamayacaq

21:49 - 18 Fevral 2022

Azərbaycan Premyer Liqasının 16-cı turu çərçivəsində “Neftçi” ilə qarşılaşacaq “Keşlə” oyuna 4 itki ilə çıxacaq.

Sportal.az xəbər verir ki, Sadio Tounkara, İlkin Qırtımov diskvalifikasiya olunduqlarına görə bu matçda forma geyinməyəcək.

Fəhmin Muradbəyli, Aldair Neto isə zədəli olduqlarına görə bu oyunda iştirak edə bilməyəcək.

“Neftçi”nin isə bu oyun öncəsi heyətlə bağlı problemi yoxdu.

​“Neftçi” – “Keşlə” matçı sabah “Baksel Arena”da saat 17:15-də start götürəcək.

Xəbər xətti