Mahir Emreli: "Yaşıl meydanlara qayıtdığım üçün şadam" - FOTO

22:18 - 18 Fevral 2022

Azərbaycan millisinin üzvü Mahir Emreli Xorvatiyanın "Dinamo" klubunda debütü barədə paylaşım edib.

Sportal.az xəbər verir ki, 24 yaşlı hücumçu özünün rəsmi instaqram hesabında bunları qeyd edib:

"Uzun müddət sonra yaşıl meydanlara qayıtdığım üçün şadam. Dəstəyiniz üçün təşəkkür edirəm. Sona qədər döyüşəcəyik".

Mahir Avropa Liqasında "Sevilya" ilə səfər matında Zaqreb klubunda ilk oyununa çıxıb.

Xəbər xətti