UEFA “Qarabağ”la oyunda baş verənlərə görə intizam işi açdı

23:16 - 18 Fevral 2022

UEFA “Qarabağ”la oyundan sonra “Marsel”ə (Fransa) qarşı iş açıb.

Sportal.az xəbər verir ki, UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ”la oyunundan (3:1) sonra “Marsel”ə qarşı intizam işi açılıb. Buna səbəb tribunalarda qadağan olunmuş bannerin (bayrağın) görünməsi, azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilməsi və stadionda keçidlərin bağlanması olub.

İntizam işinin tarixi daha sonra müəyyənləşəcək.

“Qarabağ”la “Marsel” arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.

Xəbər xətti