Aquero: "DÇ-2022-də iştirak etmək istəyirəm"

18:48 - 19 Fevral 2022

Argentinalı keçmiş futbolçu Serxio Aquero Qətərdə keçiriləcək dünya çempionatında iştirak etmək istədiyini açıqlayıb.

Sportal.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə sabiq hücumçu özü açıqlama verib. Aquero Argentina yığmasının məşqçilər korpusunda yer almaq istədiyini bildirib:

"Qətərdəki dünya çempionatına getmək istəyirəm. Bu həftə millinin rəhbərliyi ilə görüşümüz olacaq. Yığmanın məşqçilər korpusunda yer almaq istəyirəm. Futbolçulara motivasiya vermək, bəzi şeylər öyrətmək üçün orada olmaq niyyətindəyəm".

Xəbər xətti