Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Namiq Ələskərovun çıxış etdiyi "Bursaspor" da növbəti sınağına çıxacaq.
"Timsahlar" səfərdə lider "Ankaragücü" ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
"Bursaspor" keçirdiyi 23 oyunda 24 xal toplayıb və turnir cədvəlinin 16-cı pilləsindədir.
