Zlatan İbrahimoviç aktyor olacaq

15:43 - 20 Fevral 2022

"Milan"ın forvardı Zlatan İbrahimoviç karyerasını başa vurduqdan sonra hansı işlə məşğul olmaq istədiyini bildirib.

Sportal.az xəbər verir ki, İbrahimoviç özünü aktyor kimi sınamaq istəyir:

"Bəzi şeylərlə maraqlanıram. Məsələn, özümü aktyor kimi sınamaq istərdim. Bədənə adrenalin gətirən bir şey etmək istərdim. Ancaq çətin ki, nəsə futbol kimi həyəcanlı olsun. Futboldan getdikdən sonra həyatımda çox şeyi dəyişəcəm. İndi bir çox planlarım var. Amma hələlik bütün diqqətimi futbola yönəltmişəm".

Xəbər xətti