"Qarabağ" - "Marsel" oyunu üçün bilet satışı dayandırıldı

14:35 - 20 Fevral 2022

Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" - "Marsel" matçı üçün bilet satışı dayandırılıb.

Sportal.az xəbər verir ki, sistemdə aparılan yeniləmə işlərinə görə, matça bilet satışı bu gün ərzində baş tutmayacaq.

Fevralın 21-i saat 11:00-dan isə biletlər yenidən satışda olacaq.

Fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 21:45-də başlayacaq. Fransadakı ilk oyunda "Qarabağ" 1:3 hesabı ilə uduzub.

Xəbər xətti