Argentina milli komandasının sabiq futbolçiusu Serxio Aquero PSJ-nin futbolçusu Lionel Messi haqda danışıb.
Sportal.az xəbər verir ki, səhhətindəki problemlərə görə karyerasını vaxtından əvvəl başa vuran Aquero Messinin Fransa mətbuatı tərəfindəmn haqq etmədiyi tənqidlərə məruz qaldığını söyləyib:
"Fransa mətbuatı Messini "öldürür". Leo yaxşı oynayır. Fransa mətbuatının nümayəndələri oyuna kürəyilə baxır? Messi hər zaman digərlərindən 5 dəfə daha yaxşı oynayır”.
Messi bu mövsüm Fransa çempionatında 14 oyuna çıxıb, 2 qol və 8 assistlə oynayıb.
