Millimiz BƏƏ üzərində darmadağına sevindi

20:33 - 20 Fevral 2022

Bakıda təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət Azərbaycan milli komandası bu gün ilk yoxlama oyununu keçirib.

Sportal.az xəbər verir ki, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin komandası ilə qarşılaşan millimiz 4:0 hesablı qələbə qazanıb.

Peritan Bozdağın dubl etdiyi oyunda komandamızın digər qollarını penaltidən Kristina Bakaranadze və Vüsalə Seyfəddinova vurub.

​Bu komandalar arasında fevralın 23-də daha bir oyun keçiriləcək.

Xəbər xətti