Türkiyə 1-ci liqasında 26-cı turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Namiq Ələskərovun formasını geyindiyi "Bursaspor" "Ankaragücü" ilə qarşılaşıb.
Ələskərovun komandası bu oyunda da uduzub (1:2).
Start heyətində meydana çıxan Namiq 61-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” 26 turdan sonra 24 xalla 19 kollektiv arasında 16-cı pillədə qərarlaşıb.
