İngiltərə milli komandasının keçmiş futbolçusu Cek Uilşerin klubsuz günləri başa çatıb.
Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi karyerasını Danimarkada davam etdirəcək. "Arsenal"ın keçmiş futbolçusu "Orxus" klubuna keçib. O, yeni komandası ilə mövsümün sonunadək nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Cek Ulişerin son klubu "Bornmut" olub. 2021-ci ilin yayında Çempionşip təmsilçisindən ayrılan təcrübəli yarımmüdafiəçi həmin vaxtdan etibarən klubsuz idi.
saytlarin hazirlanmasi
