PSJ-nin braziliyalı futbolçusu Neymar maraqlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 30 yaşlı hücumçu MLS-də oynamaq istədiyini bildirib:
"Ən azından bir mövsüm MLS-də oynamaq istəyirəm. Çünki ora qısa müddət davam edən çempionatdır. 3-4 ay istirahət etmək olur".
Qeyd edək ki, ABŞ və Kanada klublarının mübarizə apardığı MLS-də mövsüm mart ayında başlayıb oktyabrda bitir.
saytlarin hazirlanmasi
