Öncə Qurban Qurbanov, sonra Xorxe Sampaoli

17:04 - 21 Fevral 2022

UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Marsel” cavab oyunundan öncə baş tutacaq açıq məşq və mətbuat konfranslarının vaxtları müəyyənləşib.

Sportal.az "Qarabağ"ın rəsmi saytına istinadən xəbər verir ki, hər iki tədbir fevralın 23-də keçiriləcək.

12:30 “Qarabağ” FK-nın  mətbuat konfransı
Məkan: Tofiq Bəhramov adına Respublika stadionu

17:30 “Qarabağ” FK-nın açıq məşqi (İlk 15 dəqiqəsi)
Məkan: “Azersun Arena”

18:30 “Marsel”in mətbuat konfransı
19:00 “Marsel”in açıq məşqi (İlk 15 dəqiqəsi)

​Məkan: Tofiq Bəhramov adına Respublika stadionu


Qeyd: COVID-19 pandemiyası ilə əlaqədar mətbuat konfranslarında say məhdudiyyəti olacaq. Anlayışınız üçün təşəkkür edirik!

Xəbər xətti